IQNA

8:12 - July 31, 2019
Xəbər sayı: 3485612
2018-ci ildə silahlı münaqişələrin qurbanı olan və ya müxtəlif dərəcəli xəsarət alan uşaqların sayı tarixi rekord həddə çatıb. Bu barədə BMT-nin ötən illə bağlı hesabatında bildirib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hesabatda bildirilir ki,  ötən il Əfqanıstanda 3062 nəfər yetkinlik yaşına çatmayan uşaq öldürülüb və ya münaqişələr nəticəsində yaralanıb.  Əfqanıstanda  öldürülən dinc sakinlərin arasında uşaqların payı 30 faiz təşkil edir. 
Suriyada öldürülən və ya yaralanan uşaqların sayı 1 900 nəfər, Yəməndə silahlı münaqişələrin qurbanı və ya onun nəticəsində yaralanan uşaqların sayı isə 1689 nəfər olub.
Yəməndə uşaqlar təcavüzkar Səudiyyə Ərəbistanın hücumları və tətbiq etdiyi mühasirə nəticəsində həmdə müxtəlif növ yolxucu xəstəliklərdən və aclıqdan ölür.   
Münaqişə bölgələrində uşaqların cinsi təcavüzə məruz qalmaları ilə bağlı 933 fakt qeydə alınıb. 
Hesabatda qeyd edilib ki, 2018-ci ildə silahlı münaqişələr nəticəsində ən çox uşaq Somali və Nigeriyada ölüb. Ötən il dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr nəticəsində 2 500 uşaq itkin düşüb. /maide.az/
Teqlər: iqna ، bmt ، uşaq ölümü ، yəmən ، somali ، terror
Ad:
E-poçt:
* Comment: