IQNA

Liverpulun ulduzu məscid tikir

8:36 - July 31, 2019
Xəbər sayı: 3485614
Seneqalın milli futbol komandasının oyunçusu Afrika ölkələrinin futbol yarışlarından sonra vətəni Bambali kəndinə dönüb. O burada məktəb, məscid və xəstəxana tikilməsi üçün lazım olan işləri başladıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Liverpul futbol komandasının məşhur Seneqallı ulduzu öz ana vətənində xəstəxana, məktəb və məscid tikir.

İngiltərənin Liverpul futbol komandasının məşhur Seneqallı ulduzu Sadido Mane öz doğma kəndində şəxsi vəsati hesabına tikdirəcəyi məktəbin yerini görməyə gedib.

Seneqalın milli futbol komandasının oyunçusu Afrika ölkələrinin futbol yarışlarından sonra vətəni Bambali kəndinə dönüb. O burada məktəb, məscid və xəstəxana tikilməsi üçün lazım olan işləri başladıb.

Seneqallılar, azarkeşlər və sosial şəbəkə istifadəçiləri Sadio Manenin bu addımını və imkansızların qayğısına qalmasını alqışlayıblar.

Sosial şəbəkə istifadəçiləri bu barədə yazıb: "Məşhur bir futbolçunun oyun meydanından kənarda da böyük işlər görməsi və digərlərinin qayğısına qalması çox xoşdur... Təvazökar olmaq, öz kökünü unutmamaq elə də xərc tələb etmir. İnsan ölərkən özü ilə sərvət və pul aparmır. Amma həyatda ikən çox asanlıqla digərlərinin həyatını yaxşıya doğru dəyişə bilər...".    

Qeyd edək ki, Sadio Mane 2005-ci ildə 13 yaşında olarkən öz ana vətənində futbol oynamağa başlayıb. O, təvazökar bir müsəlman və İslam dininə bağlı bir futbolçu kimi tanınır.

Onun keçən il bir məscidin tualetini təmizləyərkən görüntülənməsi də sosial şəbəkələrdə geniş yayılmışdı.  

http://iqna.ir/fa/news/3831087

captcha