IQNA

BMT İŞİD-dən qalan uşaqları qəbul etdiyi üçün Rusiyaya təşəkkür etdi

9:08 - July 31, 2019
Xəbər sayı: 3485615
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İraqdakı nümayəndəsi rusiyalı İŞİD döyüşçülərindən qalan uşaqları İraqdan apardığı üçün Rusiya dövlətinə təşəkkür etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İraqdakı nümayəndəsi rusiyalı İŞİD döyüşçülərindən qalan uşaqları İraqdan apardığı üçün Rusiya dövlətinə təşəkkür etdi.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  İraqdakı nümayəndəsi Janin Xennis Plasşert deyib: Bir çox ölkələr İŞİD terror qruplaşmasına üzv olan və İraqda döyüşən terrorçuların uşaqlarını və ya özlərini geri qaytarmağa meyilli deyildir. Rusiya dövləti isə İŞİD terrorçularından qalan uşaqların öz vətənlərinə qaytarılmasında nümunə oldu.

O vurğulayıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə son görüşündə İŞİD ünsürlərinin necə mühakimə ediləcəyi, onların beynəlxalq məhkəmələrdə, İraqda və ya öz ölkələrində istintaqa cəlb edilməsi barədə söhbət edib.  

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  İraqdakı nümayəndəsi Janin Xennis Plasşert əlavə edib: Rusiya özünün İraqa etibarlı şərik olduğunu göstərdi. İraqda sabitliyin qorunmasına maraqlıdır. Və bu, mənim fikrimcə çox əhəmiyyətlidir.  

http://iqna.ir/fa/news/3831288

Teqlər: İŞİd ، İraq ، rusiya ، bmt ، iqna ، işid uşaqları
captcha