IQNA

Almaniyanın müsəlman ailələrində övlad artımı daha çoxdur

8:38 - August 03, 2019
Xəbər sayı: 3485634
Almaniya Federal Əhali Tədqiqatları İnstitutunun araşdırmalarının nəticələri göstərir ki, mühacir müsəlmanlar ailələrində övlad artımı yerli Almanlara nisbətdə daha çoxdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Almaniya Federal Əhali Tədqiqatları İnstitutunun araşdırmalarının nəticələri göstərir ki, mühacir müsəlmanlar ailələrində övlad artımı yerli Almanlara nisbətdə daha çoxdur.

Bu araşdırmaya görə yerli Alman xanımların 14 fazi, mühacir müsəlman xanımların isə 28 faizi ikidən çox övlad dünyaya gətirmişdir.

Bundan əlavə araşdırmalar zamanı məlum olub ki, Almaniyaya müsəlman ölkərindən mühacirət edən qadınlar qeyri-müsəlman ölkələrindən mühacirət edən qadınlardan iki dəfə çox övlad dünyaya gətiriblər.   

Araşdırmaların nəticəsi bunu da göstərib ki, mühacirlərin Alman cəmiyyətinə inteqrasiya olunması müsəlman xanımların övlad dünyaya gətirməsində mənfi təsir də qoymuşdur. Belə ki, köhnə nəsil müsəlman qadınların 46 faizi ailədə övladın çox olmasını önəmsəyirlər, amma yeni nəsil mühacir müsəlman xanımların təkcə 32 faizi ailə övladın çox olmasını müsbət qiymətləndirirlər.

Müsəlman ailələrində uşağın azalmasında təsir qoyan faktorlardan biri də qadınların təhsil almasıdır. Ali savadı olmayan müsəlman mühacir xanımlar ali təhsili olan mühacir müsəlman xanımlardan iki dəfə çox övlad dünyaya gətirirlər. Bundan əlavə ali təhsili olan qadınlar yuxarı yaşlarda uşaq dünyaya gətirirlər. Beləki onların çoxu 32 yaşdan sonra uşaq sahibi olurlar. Buna görə də daha erkən yaşlarda uşaq dünyaya gətirən qadınlarla müqayisədə övladları az olur.

Bu tədqiqatlar 2016-cı ildə 1965-ci ildən 1974-cü ilədək anadan olan xanımlar arasında aparılıb. Almaniya Federal Əhali Tədqiqatları İnstitutu yerli Alman xanımların uşaq dünyaya gətirməsinin azalmasının nigaranedici həddə olduğunu vurğulayıb.  

Qeyd edək ki, Almaniya Federal Əhali Tədqiqatları İnstitutunun bu araşdırmasında iştirak edən mütəxəssislər iqtisadi faktorun uşaq dünyaya gətirmək məsələsində elə də mühüm rol oynamadığını və bunun daha çox təhsil, təlim, maarifləndirmə və mədəniyyət amillərindən təsirləndiyini qeyd ediblər.    

http://iqna.ir/fa/news/3831672

Teqlər: ailə ، uşaq ، almaniya ، mühacir ، miqrant
captcha