IQNA

İƏT Kəşmirlə bağlı fövqəladə iclas çağırıb

8:14 - August 07, 2019
Xəbər sayı: 3485659
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb.Təşkilatın fövqəladə iclası dünən (05 Avqust 2019) Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb.Təşkilatın fövqəladə iclası dünən (05 Avqust 2019) Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. 
İclasda Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və digər üzv dövlətlərin nümayəndələri iştirak edib. 
Qeyd edək ki, ötən gün Hindistan hökuməti Konstitusiyada Kəşmir ştatına imtiyazların verilməsini nəzərdə tutan maddəni ləğv edib.
Hindistan Konstitusiyasının 370-ci maddəsi Cəmmu və Kəşmirə ölkənin digər ştatları ilə müqayisədə, daha çox muxtariyyət hüququ verir.
Cəmmu və Kəşmir ştatının özünə məxsus konstitusiyası, ayrıca bayrağı və xarici işlər, müdafiə və kommunikasiya sahələrindən başqa bütün digər sahələrdə qərar vermək hüququ var. (maide.az)
Teqlər: iət ، iqna ، hindistan ، keşmir
captcha