IQNA

OXFAM: ‘Yəməndə son bir ildə 335 uşaq həlak olub’

1:51 - August 09, 2019
Xəbər sayı: 3485666
OXFAM beynəlxalq yardım təşkilatı Yəməndə son bir ildə (9 avqust 2018-ci ildən etibarən) hava hücumları, minalar və hücumlar səbəbiylə 335 uşağın öldüyünü qeyd edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, OXFAM beynəlxalq yardım təşkilatı Yəməndə son bir ildə (9 avqust 2018-ci ildən etibarən) hava hücumları, minalar və hücumlar səbəbiylə 335 uşağın öldüyünü qeyd edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, OXFAM-ın Yəmən direktoru Muhsin Siddiqi Facebook üzərindən verdiyi açıqlamasında, son bir ildə demək olar hər gün bir uşağın öldüyünü bildirib.
 
Yəməndə aclıq və xəstəliklə yanaşı, zorakılıq hadisələrinin vətəndaşların həyatını təhdid etməyi davam etdirdiyini yazan Siddiqi, daha çox insanın ölməməsi üçün ölkənin hamısında təcili olaraq atəşkəsin təmin edilməli olduğunu vurğulayıb.
 
Bu arada, əldə olunan digər bir xəbərə görə, Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Yusuf Əl-Hazıri Yəmənə qarşı Səudiyyə rejiminin rəhbərlik etdiyi təcavüzkar koalisiyanın hücumlarından etibarən ən azı 42 min yəmənlinin müalicələrinin başqa ölkələrdə edilməməsinə görə öldüyünü bildirib.
 
“350 mindən çox yəmənli xəstə müalicə almaq üçün xaricə getməlidir, lakin Səna hava limanı blokada altına olduğu üçün gedə bilmirlər”, - deyə Yusuf Əl-Hazıri bildirib.
captcha