IQNA

9:26 - August 18, 2019
Xəbər sayı: 3485704
Nigeriya şiələrinin və İslami Hərəkatının rəhbəri Höccətul-İslam vəl-müslimin Şeyx İbrahim Yəqub Zəkzaki Hindistandan qayıdarkən Nigeriyanın Əbuca hava limanından naməlum istiqamətdə aparılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya şiələrinin və İslami Hərəkatının rəhbəri Höccətul-İslam vəl-müslimin Şeyx İbrahim Yəqub Zəkzaki Hindistandan qayıdarkən Nigeriyanın Əbuca hava limanından naməlum istiqamətdə aparılıb.

Bu barədə Nigeriya İslam Hərəkatının bəyaniyyəsində məlumat verilib. Bəyaniyyədə deyilir: Biz Şeyx Zəkzakini girov götürərək gizlədən Nigeriya Təhlükəsizlik Xidmətindən onun saxlanıldığı yer barədə məlumat verməsini tələb edirik.

Həmin bəyaniyyədə Şeyxin Hindistan səfərinə də işarə olunaraq vurğulanır: Şeyx Zəkzaki və həyat yoldaşı onların ağır vəziyyətinə uyğun olmayan bir tərzdə məcburi müalicə səfərinə göndərildilər. Onlara Dubayda təyyarəni Yeni Dehli istiqamətinə uçuş üçün dəyişərkən istirahət icazəsi belə verilməmişdi. Hindistanda isə onların ağır xəstəliyinə uyğun olmayan bir xəstəxanada yerləşdirilmişdilər. Onlara öz xüsusi həkimlərinin xidmət göstərməsini yasaq etmişdilər. Hindistandakı həkimlər və Nigeriya təhlükəsizlik qüvvələri onlarla çox kobud davranmış və fiziki hücum da etmişdilər.

Nigeriya İslam Hərəkatının bəyaniyyəsində vurğulanır: Kaduna Ali Məhkəməsinin Şeyxin müalicə prosesində təkcə dövlətin və təhlükəsizlik qüvvələrinin nəzarəti olmasına icazə vermişdi. Amma buna rəğmən Şeyxi müşayət edən Nigeriya təhlükəsizlik qüvvələri onu Hindistan dövlətinə naməlim xəstəliyə tutulmuş təhlükəli cinayətkar kimi təqdim etmiş və ona qarşı ciddi təhlükəsizlik tədbirlərinin görülməsini istəmişdilər.

Buna görə də Şeyx İbrahim Zəkzaki bu müalicə prosesinə olan etimadını itirərək davam etməsinə icazə vermədi və vətənə döndü.

http://iqna.ir/fa/news/3835610

Ad:
E-poçt:
* Comment: