IQNA

22:53 - August 19, 2019
Xəbər sayı: 3485713
Ayətullah Xamenei Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1070  nəfərin cəzasının yüngülləşdirilməsinə razılıq verib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1070  nəfərin əfv olunması və cəzasının yüngülləşdirilməsinə razılıq verib.
Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam İbrahim Rəisi Ali Rəhbərə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramları ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 1070 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi. 
Ali Rəhbər Ayətullah Xamenei onun bu təklifini müsbət cavablandırıb.
Ad:
E-poçt:
* Comment: