IQNA

9:15 - August 21, 2019
Xəbər sayı: 3485721
Livan Şiələrinin Ali Məclisinin rəisi Şeyx Əbdüləmir Qəbəlan mübarək Qədir-Xum bayramı münasibəti ilə dünyanı müsəlmanlarını təbrik edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Şiələrinin Ali Məclisinin rəisi Şeyx Əbdüləmir Qəbəlan mübarək Qədir-Xum bayramı münasibəti ilə dünyanı müsəlmanlarını təbrik edib.

O, bayram münasibəti ilə ünvanladığı ismarıcda bu bayramı müsəlmanların həqiqət və ədalət yoluna qayıtması üçün yaranmış bir fürsət hesab edib.

Livan Şiələrinin Ali Məclisinin rəisi Şeyx Əbdüləmir Qəbəlan yazıb: İslamın əziz peyğəmbəri (s) həzrət Məhəmməd (s) mübarək Zil-Hiccə ayının 18-də, Qədir-Xum çölündə Allah-Taalanın əmri ilə İmam Əlini (ə) öz canişini və xəlifəsi olaraq seçdi ki, ümmətin işlərinə nəzarət etsin və İslam şəriətinin hökmlərini həyata keçirsin.

O əlavə edib: Qədir-Xum xütbəsində Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) fəzilət və xüsusiyyətlərini açıqlayaraq haqqın hər yerdə Əlinin (ə) və Əlinin (ə) də hər yerdə haqqın yanında olacağını bəyan edir.

Şeyx Əbdüləmir Qəbəlan vurğulayır: Əmirulmöminin Əli (ə) haqq yolunda özlərini qurban edən şəhidlərin əmiridir. O, zalimlərdən məzlumların haqqını almağa çalışanların və insanları azğınlıq və fitnələrdən qoruyanların imamıdır.

Livan Şiələrinin Ali Məclisinin rəisi vurğulayıb: Hamımız İmam Əlinin (ə) öndərlik etdiyi bərabərlik, haqq və ədalət yoluna qayıtmalıyıq. Həmin yola ki, bu gün sionizm və təkfirçilik ilə mübarizədə özünü göstərir.

http://iqna.ir/fa/news/3836351

Ad:
E-poçt:
* Comment: