IQNA

18:54 - August 23, 2019
Xəbər sayı: 3485729
Avropa ölkələrinin ən böyük məscidi hesab edilən "Fəxrul-Müslimin" məscidi bu gün, Cümə günü, 23 Avqust 2019-cu il, Çeçenistanın Şali şəhərində istifadəyə verildi.

Avropanın ən böyük məscidi Çeçenistanda açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa ölkələrinin ən böyük məscidi bu gün, Cümə günü, 23 Avqust 2019-cu il, Çeçenistanın Şali şəhərində istifadəyə verildi.

"Fəxrul-Müslimin" adlanan bu məscid Çeçenistanın respublikasının prezidenti Ramazan Kadirovun dəstəyi ilə tikilib.  

Məscid müasir İslam memarlığının şah əsəri hesab olunur. Məscid dörd simmetrik giriş metodu ilə tikilib. Məscidin girişləri bir-biri ilə uyğun və müvazidirlər.

"Müsəlmanların fəxri" məscidinin sahəsi 9700 kv.metrdir. Məscidin daxili tutumu 20 min nəfər namazqılan üçün nəzərdə tutulub. Məscidin həyətlərində isə 100 min nəfər civarında insan eyni vaxtda namaza dura bilər.  

http://iqna.ir/fa/news/3836866/

Ad:
E-poçt:
* Comment: