İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın hakim partiyasına müxalif partiyaların nümayəndə heyətləri bu gün (24 Avqust 2019-cu il) Kəşmirə gedərək bu əyalətdə vəziyyətlə yaxından tanış olacaqlar.
Kəşmirdə etirazların davam etdiyi, Hindistan dövləti tərəfindən gediş-gəliş qadağası və etirazların zorla əzildiyi bir vaxtda müxalif partiyalar belə bir addıma atmağa qərar veriblər.
Avqust ayının 5-də Hindistan dövləti ana yasada Kəşmir əyalətinə xüsusi imtiyazlar verən 370-ci maddəni ləğv etmişdi. Qanunun ləğvinin ardınca minlərlə hərbi qüvvəni regiona ezam edərək gediş-gəlişə qadağa qoymuş və rabitə əlaqələrini kəsmiş və bir sıra siyasi partiya rəhbərlərini və etirazçılarını həbs etmişdi.