IQNA

Sionist rejimin iki dronu Beyrutda düşürüldü

9:15 - August 25, 2019
Xəbər sayı: 3485739
Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) məsullarından biri sionist İsrail rejiminin iki casusluq dronunun Beyrutun cənubunda yerə düşürdükləri barədə məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) məsullarından biri sionist İsrail rejiminin iki casusluq dronunun Beyrutun cənubunda yerə düşürdükləri barədə məlumat verib.

Həmin məsul "reuters" informasiya agentliyinə verdiyi müsahibədə deyib: İsrailin iki casusluq dronu Beyrutun cənub Zahiyəsində partladıldı. Vurulan dronlardan biri Beyrutun cənub küçələrindən birində yerləşən HİZBULLAH Media Mərkəzinin binası yaxınlığında yerə düşüb və maddi zərərə səbəb olub.

Bu barədə Livanın yerli xəbər agentlikləri də məlumat yayaraq bu gün səhər çağı (həftənin Bazar günü, 25 Avqust 2019-cu il) Beyrutun cənubunda güclü partlayış səsinin eşidildiyini yazıblar.

"əl-Cəzirə" peyk televiziya kanalının müxbiri isə Beyrutun küçələrindən birində naməlum bir şeyin güclü alovlarla yanması barədə görüntü paylaşıb. Yerli sakinlər müxbirə həmin şeyin dron olduğunu və göydə vurularaq yerə düşürüldüyünü deyiblər.

Bu məlumata görə dronlardan biri çox da zərər görmədən yerə düşürülüb. Digəri isə partlayaraq yaşayış məntəqəsinə düşüb və maddi zərərə səbəb olub.

Qeyd edək ki, İsrail rejiminin qırıcıları bu gün səhər Suriya sərhədlərini də pozublar. İsrail qırıcıları Suriyanın "əl-Məzə" hərbi hava limanını və "Əqrəba" kəndini hədəfə alıblar.

http://iqna.ir/fa/news/3837213

Teqlər: iqna ، suriya ، livan ، dron ، israil
captcha