IQNA

‘Ərbəin’ yürüşünün şuarı və rəngi açıqlanıb

0:02 - August 31, 2019
Xəbər sayı: 3485755
Cari il üçün "Ərbəin" yürüşünün şüarı və xüsusi rəngi açıqlanıb. Bunu  İraqda “Ərbəin” Qərargahının mədəniyyət komitəsinin sədri Qulamrza Əbazəri açıqlayıb. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2019-cu il "Ərbəin" yürüşünün şüarı və xüsusi rəngi açıqlanıb. Bunu  İraqda “Ərbəin” Qərargahının mədəniyyət komitəsinin sədri Qulamrza Əbazəri açıqlayıb. 
 
Onun sözlərinə görə, "Ərəbin-2019" üçün ötən ildə olduğu kimi qırmızı rəng və bu yürüşün şüarı isə "Huseynu Yəcməuna" (İmam Hüseyn bizi bir yerdə toplayır) şüarı seçilib. 
 
Məlumata görə, İmam Hüseynin (ə) ziyarətgahında bayraq dəyişdirmə mərasimi isə avqustun 31-də olacaq.   
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
captcha