IQNA

Haaqada "Dünya Məscidin Pəncərəsindən" adlı fotosərgi keçirilir

0:52 - August 31, 2019
Xəbər sayı: 3485757
Hollandiyanın Haaqa şəhərində müsəlman bir fotoqrafın əsərləri əsasında "Dünya Məscidin Pəncərəsindən" adlı fotosərgi keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın Haaqa şəhərində müsəlman bir fotoqrafın əsərləri əsasında "Dünya Məscidin Pəncərəsindən" adlı fotosərgi keçirilir.

Müsəlman fotoqraf Mərvan Besyuninin araşdırmalarına görə Hollandiyanın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərində 400 civarında məscid var. O, öz sərgisini bu ölkənin 70 məscidindən çəkdiyi şəkillər əsasında təşkil etmişdir.

Besyuninin əsərlərində həm məscidlər və həm də məsciddən kənar həyat tərzi məscidin pəncərəsindən görünüş əsasında təsvir edilmişdir.

Fotolarda diqqəti çəkən digər bir məqam isə məscidlərin İslami memarlıq cilvələridir. Şəkillərdə namazqılanların səccadələri önə çıxarılıb. Bu şəkillərdə məscidin iç gözəlliyi və pəncərədən görünən çölün mənzərəsi bir-birini tamamlayır.  

Besyuni İslami simvollarla qərb mədəniyyətini sintez etmiş və çalışmışdır ki, İslami tolerant həyat tərzini göstərsin və qərblilərin İslam barədə yanlış təsəvvürlərini islah etsin.

http://iqna.ir/fa/news/3838595

برپایی نمایشگاه عکس جهان از پنجره مساجد در هلند

Marwan Bassiouni, New Dutch Views #12, 2018, from the series New Dutch Views. Courtesy: the artist and Galerie Ron Mandos, Amsterdam

captcha