IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Məhərrəm ayının birinci gecəsində həmçinin Hüsəyn aşiqlərindən minlərlə nəfərin iştirakı ilə Seyyiduşşuhəda(ə)-ın pak günbəzinin bayrağının əvəz olunması mərasimi keçirilib.
Məhərrəm ayı, həmçinin İmam Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadəti günlərinin gəlib çatması ilə bir zamanda, Seyyiduşşuhəda(ə) tərəfdarları müqəddəs məkanları, təkyələri, məscidləri və hətta öz evlərinin qapılarının üstünü qaraya bürüyür və şəhidlər ağasının vəsfində əzadarlıq edirlər.
Bu gün, 1441-ci hicri qəməri ili muhərrəmulhəram ayının biridir.
Ürəkyandıran Kərbəla hadisəsindən və İmam Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadətindən əsrlərin ötüb keçməsinə rəğmən, nəinki bu hadisənin yeri və önəmi azalmayıb, əksinə illər keçdikcə, Aşura müraciəti daha geniş miqyas alır və əzadarlıq mərasimləri daha artıq dərk və şövqlə keçirilir.