IQNA

Terroristlərin oğurlamaq istədikləri qədim və tarixi taxt geri alındı

12:49 - September 06, 2019
Xəbər sayı: 3485774
Suriya təhlükəsizlik qüvvələri İŞİD terrorçuları tərəfindən Tədmirin qədim bir qəbirstanlığından oğurlanan 1000 kq-lıq bu qədim taxtı əməliyyat zamanı aşkar ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Tədmir əyalətinin qədim və tarixi eksponanatı olan taxt ölkədən xaricə çıxarılarkən kəşf və zəbt edildi.

Suriya təhlükəsizlik qüvvələri İŞİD terrorçuları tərəfindən Tədmirin qədim bir qəbirstanlığından oğurlanan 1000 kq-lıq bu qədim taxtı əməliyyat zamanı aşkar ediblər.

Həms şəhərinin arxeoloji muzeyinin rəsmilərindən biri bu barədə deyib: Bu qədim taxt miladın üçüncü əsrində ağ əhəngdən düzəldilib. Taxtın uzunluğu 2 və hündürlüyü bir metrdir. Başında tac olan Tədmirli bir kişi büstü ilə bəzədilib. Kişinin yanında Tədmirli geyimində bir qadında təsvir edilib.   

http://iqna.ir/fa/news/3840236

captcha