IQNA

Kəşmirli aktivist əzadarlıq qadağasının ləğv edilməsini istədi

16:19 - September 06, 2019
Xəbər sayı: 3485775
Hindistanın Kəşmir əyalətində yaşayan insan hüquqları aktivisti bəyaniyyə yayaraq Hindistan dövlətinin rəsmilərindən Məhərrəmlik ayında əzadarlıq keçirilməsi qadağasının ləğv edilməsini tələb etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Kəşmir əyalətində yaşayan insan hüquqları aktivisti bəyaniyyə yayaraq Hindistan dövlətinin rəsmilərindən Məhərrəmlik ayında əzadarlıq keçirilməsi qadağasının ləğv edilməsini tələb etdi.

Kəşmirli siyasi fəal Seyid Kərrar Haşimi bəyaniyyəsində Kəşmirdə Məhərrəm ayının ilk on günlüyündə əzadarların küçə yürüşünə çıxmasını tələb edərək bu qadağanın şiələrin dini hüquqlarının pozulması kimi dəyərləndirib.  

O, Məhərrəm ayında əzadarlıq edilməsi və Aşura yürüşünə çıxılmasını şiələrin əsas hüquqlarından biri olduğunu vurğulayaraq bildirib ki, bu yürüş həmişə Əhli-Sünnə ilə birlikdə və dost bir şəraitdə həyata keçirilib.

Seyid Kərrar Haşimi bəyaniyyəsində həbs edilməsi şiə rəhbərləri və alimlərinin də təcili azad edilmələrini tələb edib.

http://iqna.ir/fa/news/3840376

Teqlər: kəşmir ، şiə ، iqna ، hindistan
captcha