IQNA

Məkkədə beynəlxalq Quran yarışlarının final mərhələsi başlayıb

11:19 - September 08, 2019
Xəbər sayı: 3485789
Məkkəeyi-Mükərrəmədə keçirilən 41-ci beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi dünən (Şənbə, 7 Sentyabr 2019) öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məkkəeyi-Mükərrəmədə keçirilən 41-ci beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi dünən (Şənbə, 7 Sentyabr 2019) öz işinə başlayıb.

Ərəbistanın İslami İşlər, İrşad və Dəvət Nazirliyinin təşəbbüsü ilə keçirilən bu beynəlxalq yarışlar Qurani-Kərimin təfsiri, hifzi və qiraəti üzrə keçirilir.

Yarışların final mərhələsi üç gün davam edəcək. İştirakçıların qiraət, hifz və təfsir bacarıqları düyanın müxtəlif ölkələrindən olan beynəlxalq hakimlər heyəti tərəfindən qiymətləndiriləcək.

Yarışların Avqust ayında keçirilən ilk mərhələsində dünyanın 103 ölkəsindən 146 nəfər iştirak etmişdi.

Qeyd edək ki, Ərəbistanın beynəlxalq Quran yarışları hicri tarixi ilə 1399-cu ildən başlayıb və indiyədək bu yarışlarda 6300 nəfər iştirak edib.

 http://iqna.ir/fa/news/3840846

 

captcha