IQNA

19:37 - September 10, 2019
Xəbər sayı: 3485799
Bu gün bütün müsəlman dünyasında, eləcə də Azərbaycanda Aşura günü qeyd olunur.

IQNA, Maide.Az-a istinadla xəbər verir ki, bu gün Azərbaycanın bütün rayon və şəhərlərində Aşura mərasimləri keçirilib. 
 
Onminlərlə mömin Kərbəla faciəsini yad etmək, imam Hüseynin (ə) şücaəti haqqında moizələri dinləmək üçün məscidlərə toplaşıb. İbadətgahlarda yer olmadığından insanlar küçələrdə əzadarlıq edib.
 
Həmçinin paytaxtın bir sıra küçələrində o cümlədən metro stansiyaların qarşısında, piyada keçidində İmam Hüseyn (ə) adına ehsanlar  paylanılıb. 
 
Tələbələr, məktəblilər, yoldan keçən susuz insanlar eləcə də turistlər bu addımı yüksək qiymətləndiriblər. 
 
Teqlər: Azərbaycan ، Aşura ، Tasua ، Müsəl ، iqna ، Quran
Ad:
E-poçt:
* Comment: