IQNA

Əgər təcavüz dayanmazsa, Ərriyadı ələ keçirəcəyik

19:58 - September 14, 2019
Xəbər sayı: 3485814
Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü təhdid edərək bildirib ki, əgər səudiyyə ərəbistanı Yəmənə qarşı təcavüzü və hücumlarına son qoymazsa, yəmənli döyüşçülər ərəbistanın paytaxtını öz əllərinə keçirəcəklər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ənsarullah hərəkatının siyasi bürosunun üzvlərindən biri yəmənli döyüşçülərin "Aramko" neft şirkətinin təsisatlarına qarşı əməliyyatına, bu təsisatlardakı geniş yanğına və səud rejiminin onu etiraf etməsinə işarə edərək, təhdidlə bildiribdir ki, əgər səudiyyə ərəbistanı Yəmənə qarşı təcavüzü və hücumlarına son qoymazsa, yəmənli döyüşçülər ərəbistanın paytaxtı- Ərriyadı öz əllərinə keçirəcəklər.

captcha