IQNA

Qəzvinlilər Nəcəf-Kərbəla yolunda 10 mukəb quracaq

9:34 - September 23, 2019
Xəbər sayı: 3485860
İran İslam Respublikasının Qəzvin şəhərinin "Təriqul-Hüseyn (ə) xalq ƏRBƏİN qərargahı" İmam Hüseyn (ə) ƏRBƏİN ziyarəti günlərində Nəcəf şəhərindən Kərbəlaya gedən yolda 10 mukəblə zəvvarlara xidmət göstərəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qəzvin şəhərinin "Təriqul-Hüseyn (ə) xalq ƏRBƏİN qərargahı" İmam Hüseyn (ə) ƏRBƏİN ziyarəti günlərində Nəcəf şəhərindən Kərbəlaya gedən yolda 10 mukəblə zəvvarlara xidmət göstərəcək.

Respublikasının Qəzvin şəhərinin "Təriqul-Hüseyn (ə) xalq ƏRBƏİN qərargahı"nın məsulu Höccət Mədədxani bildirib ki, bu qərargahlar Oktyabr ayının 2-dən fəaliyyətə başlayacaq.

Mukəblərdə zəvvarlara mədəni-maarifçilik xidmətlərindən əlavə qida (səhər, günorta və şam yeməkləri), hamam, tualet, istirahət və yatmaq üçün xidmətlər göstəriləcək.

Mədədxani əlavə edib: ƏRBƏİN mukəblərimizdə hər gün 15 mindən çox pors yemək paylanılacaq və 2500-dən çox zəvvara istirahət üçün yer veriləcək.

Qeyd edək ki, Qəzvin camaatının "Təriqul-Hüseyn (ə)" mukəbləri Nəcəf-Kərbəlaya yolunda 210, 403, 414, 557, 940 və 1040-cı sütunlarda xidmət edəcək.  

http://qazvin.iqna.ir/fa/news/3844124

Teqlər: iqna ، mukəb ، təriqul-Hüseyn ، Ərbəin
captcha