IQNA

Bu ilin "fitrə zəkatı" müctəhidlər tərəfindən elan edildi

13:54 - July 27, 2014
Xəbər sayı: 1433992
Elmi Hövzələr qrupu: Bu ilin (2014) mübarək Ramazan ayı üçün "fitrə zəkatı"nın miqdarı şiələrin böyük məqamlı təqlid mərcələri Həzrət Ayətullah-Üzma Sistani, Vəhid Xorasani, Məzahiri, Nuri Həmədani, Cəvadi Amuli və Cəfər Sübhani tərəfindən elan edildi.


 



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Dini Elmi Hövzələr şöbəsinin şiələrin təqlid mərcələrinin dəftərxanalarına istinadən verdiyi xəbərə görə böyük təqlid mərcələri bu ilin "fitrə zəkatı"nın miqdarını aşağıdakı kimi elan ediblər:


1). Ayətullah-Üzma Vəhid Xorasani: Hər nəfər üçün 3 kq. buğdanın İran bazarında qiymətinə əsasən 5 min tümən – (1 manat 20 qəpik).


2). Ayətullah-Üzma Seyid Əli Sistani: Hər nəfər üçün 2 min dinar - (5 min tümən).


3). Ayətullah-Üzma Cəfər Sübhani: İqtisadi vəzyəti yaxşı olanlar üçün 4500 tümən (1 manat 10 qəpik), iqtisadi vəzyəti aşağı olanlar üçün 4000 tümən (1 manat) hər nəfər üçün hesablanıb verilsin.


4). Ayətullah-Üzma Hüseyn Məzahiri: İran bazrında buğdanın qiymətinə əsasən hər nəfər üçün 4000 tümən (1 manat) və düyünün qiymətinə əsasən isə 15000 tümən (3 manat 80 qəpik).


5). Ayətullah-Üzma Cavadi Amuli: Ürfə əsasən əməl edilsin. Əsas ruzisi çörək olan məntəqələrdə hər nəfər üçün 3 kq. buğda və əsas ruzisi düyü olan yerlərdə 3 kq düyü verilsin – (buğda və düyünün pulu da hesablanıb verilə bilər).


6). Ayətullah-Üzma Hüseyn Nuri Həmədani: Əsas ruzisi çörək olan məntəqələrdə hər nəfər üçün 3 kq. buğda və ya 4500 tümən pul  və əsas ruzisi düyü olan yerlərdə 3 kq düyü və ya 15 000 tümən pul verilsin.


7). Ayətullah-Üzma Məkraim Şirazi: Buğdaya əsasən 4500 tümən və düyüyə əsasən 15 000 tümən.


8). Ayətullah-Üzma Şübeyri Zəncani: Buğdaya əsasən 4000 tümən və düyüyə əsasən 15 000 tümən.


9). Ayətullah-Üzma Safi Gülpayqani: Ürfə əsasən əməl edilsin. Əsas ruzisi çörək olan məntəqələrdə hər nəfər üçün 3 kq. buğda və əsas ruzisi düyü olan yerlərdə 3 kq düyü verilsin – (buğda və düyünün pulu da hesablanıb verilə bilər).


10). Ayətullah-Üzma Ələvi Qorqani: Buğdaya əsasən 5000 tümən və düyüyə əsasən 15 000 tümən.


Qeyd: Müctəhidlərin fətvasına əsasən mübarək Ramazan ayında oruc tutub-tutmamasından asılı olmayaraq bütün müsəlmanlara vacibdir ki, "fitrə zəkatı" versinlər. Bu hökm özünün və ailəsinin bir illik xərcini ödəyə bilməyənlərə və ya tədricən də olsa xərcini ödəmək üçün iş yeri olmayan fəqir və miskinlərə şamil deyil.

captcha