IQNA

Vatikan Dini Vəzifəlilərdən tələb edir:

İŞİD-in cinayətləri qarşısında ciddi və qəti tədbirlər görülməlidir

22:57 - August 14, 2014
Xəbər sayı: 1439312
Beynəlxalq qrup: Vatikan bəyaniyyə yayaraq İŞİD-in İraqdakı cinayətlərini məhkum edərək İraqın Dini Vəzifəlilərindən bu terrorist təşkilatın zorakılığı və cinayətləri qarşısında ciddi və qəti tədbirlər görülməsini tələb etmişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Rusiya əl-yəvm" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Vatikan bəyaniyyə yayaraq İŞİD terroristlərinin İraqdakı cinayətlərini vəhşilik adlandırmış və onların əməllərini məhkum etmişdir.



Vatikanın Dinlər Arası Dialoqlar Şurasının yaydığı bu bəyaniyyədə deyilir: "Bu cür əməllər heç bir dəlil və dinə əsaslandırıla bilməz. İŞİD-in cinayətləri vəhşiliyin ən yuxarı həddindədir".



Vatikan bu bəyaniyyədə İŞİD-in İraqdakı cinayətlərini məhkum edərək İraqın Dini Vəzifəlilərindən və Müsəlman Alimləri Birliyindən bu terrorist təşkilatın zorakılığı və cinayətləri qarşısında ciddi və qəti tədbirlər görülməsini və onların əməllərini məhkum etməsini tələb etmişdir.



Bundan öncə də Papa İkinci Fransis – Dünya Katoliklərinin rəhbəri, bu böhranın siyasi həlli və cinayətlərin qarşısının alınması üçün çarə axtarılmasını istəmiş və İŞİD-in zülmünə məruz qalmış İraq məsihilərinin nicatı üçün dua oxunmasını tələb etmişdi.



Əl-Əzhər Universitetinin də ustadı bu barədə dedi: İslam İŞİD-in cinayətlərindən bizardır.



Bu xəbərə görə Əhməd Kərimə - Əl-Əzhər Universitetinin İslam Şəriəti ustadı, İŞİD-in cinayətlərini məhkum edərək vurğuladı: Səmavi dinlər zorakılıq və qətliama dəvət etməmişdir. Dinlər həmişə insanları sülhə, bərabərlik və ədalətə dəvət etmişdir. İnsanların canı, qanı, malı və namusunu halal sayan, baş kəsən bu "xəvaric" (İŞİD) qruplaşmasının İslamla heç bir əlaqəsi yoxdur və İslam bunlardan bizardır.



Əhməd Kərimə də İraqda İŞİD tərəfindən dini və irqi ayrı-seçkiliyi məsələsinə son qoyulması və Məsihilərin vəziyyətinin yoxlanılması üçün təcili toplantının zəruriliyini vurğulayıb və Beynəlxalq İctimaiyyətdən istəyib ki, İraq, Suriya və Livanda zülmə məruz qalmış insanları himayə etsinlər.



1438864      

Teqlər: İraq ، İŞİd ، papa ، fransis ، ələzhər ، ustad
captcha