IQNA

Papa Fransis dindən ifrati oxunuşları məkhum etdi

9:05 - January 14, 2015
Xəbər sayı: 2707386
Beynəlxalq qrup: Papa Fransis – dünya katoliklərinin rəhbəri, dinin ifrati, radikal, təhrif olunaraq və inhirafi oxunuşlarını məhkum etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar" TV kanalının internet xəbər portalına istinadən verdiyi xəbərə görə, Fransadakı terror hadisələrinin ardınca Papa Fransis – dünya katoliklərinin rəhbəri, həftənin birinci günü, yanvar ayının 12-də Vatikan diplomatları ilə illik görüşündə təkfirçi terroristlər tərəfindən Parisdə baş verən terror hadisələrini məhkum edərək dinin ifrati, radikal, təhrif olunmuş və inhirafi oxunuşlarını məhkum etdi.



O əlavə etdi: Zorakılıq həmişə dinin əsl siması ortadan götürüldükdə və dindən digərlərinə hakimiyyət etmək üçün istifadə edildikdə yaranır.



Argentina əsilli 78 yaşlı Papa Fransis – dünya katoliklərinin rəhbəri, özünün "dünyanın hazırkı durumu" adlı illik çıxışında dedi: Parisin son qanlı olayları və terror hücumları bir daha sübut edir ki, digərlərinin dini inanclarını puç və batil bilmək ictimaiyyətin süstləşməsi, dağılması, insan qətilləri və zorakılıqlarlara gətirib çıxarır.



O ümidvarlıq etdi ki, dünyanın dini, siyasi və mədəni rəhbərləri dindən yanlış oxunuşları məhkum edəcək və bununla da dünyadakı zorakılığın qarşısı alınacaq.



Qeyd edək ki, keçən həftə Şarlı Ebdu jurnalının ofisinə hücum zamanı Parisdə baş verən üç günlük zorakılıq və qətl hadisələri 17 nəfərin ölümünə səbə oldu.      



2705030

Teqlər: paris ، papa ، fransis ، qətl ، terror
captcha