IQNA

Papa Fransis: İslam ilə dialoq istiqamətində bir sıra işlər görülmüşdür

23:37 - January 25, 2015
Xəbər sayı: 2764391
Beynəlxalq qrup: Papa Fransis – dünya katoliklərinin rəhbəri, şənbə günü, yanvar ayının 23-də, xəbər verib ki, İslam və digər dinlər ilə dialoq yönündə bir sıra işlər həyata keçirilib və son zamanlar bir para problemlərin və anlaşılmazlıqların şahidi olmuşuq.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fransa" xəbər agentliyinə istinadən verdiyi xəbrə görə Papa elan etdi: Son illərdə bir sıra problemlərin və anlaşılmamazlıqların olmasına baxmayaraq dinlərlə, o cümlədən dialoq yönündə mühüm işlər həyata keçirilmişdir.



Papa "İslam və Ərəblərə aid tədqiqatlar müəssisəsi"nin təsisinin 50-ci ili münasibətilə bu təşkilat tərəfindən keçirilən toplantıda iştirak edənlərlə görüşündə dedi: Qarşı tərəfin sözlərini dinləmək mühümdür, çünki bu, sülh şəraitində və dostcasına yaşamaq və ikitərəfli anlayışlı olmaq üçün önəmli şərtdir.



"PİSAİ"nin 50 illik ömrü göstərir ki, katolik kilsəsi dinlərarası dialoqların mühümlüyünü dərk etmişdir.



Papa Fransis əlavə etdi: Heç vaxt bu günki qədər bu dialoqa ehtiyac duyulmamışdır. Çünki zorakılıq ilə mübarizə üçün ən yaxşı yol dinlər arası fərqləri dərk və qəbul etmək və öyrətməkdir.



2763290   

Teqlər: papa ، fransis ، dinlərarası ، dialoq
captcha