IQNA

Müqtəda Sədr:

"İŞİD türbələrə yaxınlaşarsa, İraqı onların cəsədləri ilə doldurarıq"

10:58 - May 20, 2015
Xəbər sayı: 3305752
Tehran(İQNA)- Əgər bu müqəddəs türbələrə qarşı əl uzadmış olsalar İraqı onların meyitləri ilə dolduracağıq!

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Müqtəda Sədr İraqın müqəddəs türbələr və saleh insanların qəbirlərinin cəm olduğu bir yer olduğunu, həmçinin, bu müqəddəsatı nəyin bahasına olur-olsun qoruyacaqları mesajını göndərib.

Müqtəda Sədr: "Heç bir ixlaslı möminin bu müqəddəs torpaqları qorumaq mövzusunda zəiflik göstərəcəyi düşünülə bilməz. Əksinə, Kərbəla və Samirradakı müqəddəs türbələrə qarşı hər hansı bir hücum fikrini hiss etdiyimizdə belə, İraqı İŞİD terrorçularının cəsədləri ilə dolduracağımızdan heç kim şübhə etməsin!".

İŞİD-in Kərbəla və digər müqəddəs torpaqların ehtiramına dil uzatmalarını sərt şəkildə tənqid edən Müqtəda Sədr bunları əlavə edərək bildirib ki, "Onlar öz qəbirlərini qazırlar. Əgər bu müqəddəs türbələrə qarşı əl uzadmış olsalar İraqı onların meyitləri ilə dolduracağıq!". Qeyd edək ki, son günlərdə İŞİD terrorçuları Ramadi şəhərində törətdikləri qırğının görüntülərini yaymaqla yanaşı irəliləyən günlərdə qarşıdurmaların Bağdad, Kərbəla və Nəcəf şəhərlərində də davam edəcəyi deməklə təhdid ediblər.

captcha