IQNA

Papa Fransis:

Müsəlmanlar və Xristianlar qardaşdır + Foto

10:04 - December 01, 2015
Xəbər sayı: 3458920
Beynəlxalq şöbə: Dünya katoliklərinin rəhbəri Papa Fransis Mərkəzi Afrika Respublikasına səfəri zamanı məscidlərə baxış keçirib və müsəlmanlarla xristianları qardaş adlandırıb.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "straits times" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Papa Fransis bazar ertəsi günü Mərkəzi Afirka ölkəsinin paytaxtı Bangidən 5 km-lik aralı məsafədə yerləşən rayona gedərək, bu bölgənin müsəlmanları ilə görüşüb.



O, rayon məscidində çıxışı zamanı müsəlmanlarla xristianları qardaş adlandıraraq, onları zorakılıqdan və nifrətdən çəkinməyə səsləyib.



Papa bildirib: Müsəlmanlar və xristianlar bir-biri ilə bacı-qardaşdır. Allaha inandığını iddia edənlər, həmçinin sülhməramlı olmalıdırlar.



Qeyd edək ki, bu, dünya katoliklərinin liderinin Afrika qitəsinə ilk səfəridir.



Bildirilir ki, təhlükəsizlikllə bağlı bütün narahatlıqlara baxmayaraq, Papa “Sülh və dostluq” mesajını çatdırmaq üçün bu bölgəni ziyarət edib.



Papa əlavə edib: “Biz birlikdə nifrətə, intiqama və zorakılığa, xüsusən də Din və ya Allah adına törədilən zorakılığa yox deyək”.



O dedi: Məzhəblər və dinlər arası dialoqlar ixtiyari bir məsələ deyil, bəlkə zəruri və vacib bir məsələdir.



Papa çıxışının davamında qeyd edib ki, əgər Mərkəzi Afrika Respublikasının müsəlmanları ilə görüşməsəydi, bu ölkəyə səfəri yarımçıq qalardı.



Qeyd edək ki, Mərkəzi Afrika Respublikası daim zorakılıq və məzhəbçilik uğrunda toqquşmalara meydan olmuşdur.



3458586











Teqlər: papa ، fransis ، afrika ، müsəlman
captcha