IQNA

Əxbari alimlərləri ilə tanışlıq - 6

Şeyx Hüseyn Kərəki (vf. 1076 hq)

9:31 - April 08, 2016
Xəbər sayı: 3480313
Tehran, 08.04.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...

İQNA - (Beynəlxalq Quran Xəbər Agentliyi): Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi…

Biz bu silsilə yazılarımızda sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

Şeyx Hüseyn Kərəki (vf. 1076 hq)

Şeyx Hüseyn ibn Şəhabuddin Amuli Kərəki dövrünün hədis, fiqh, ədəbiyyat və tibb alimi olmuşdur. Həmçinin müdrik həkim, şair və ədib sayılırdı. Əhl-Beytin (ə) şənində dediyi bir sıra gözəl şerləri yadigar qalmışdır.

O bir müddət İsfahanda yaşadıqdan sonra Hindistana köçür və ömrünün sonunadək Heydərabad şəhərində yaşayır.

Onun şer divanı, tibb, ədəbiyyat, hədis və fiqh elmində bir sıra əsərləri vardır.

Onun Əxbari cərəyanının təsdiqi barədə yazdığı ən mühüm kitab "Hidayətul-Əbrar ila təriqil-əimmətil-əthar" əsəridir. Bu kitabı Mirzə Məhəmməd Əxbari (vf. 1232 hq) çox tərifləyib və əxbariliyin mühüm qaynaqlarından biri hesab edib.

Şeyx Hüseyn Kərəki bu kitabın müqəddiməsində əxbarilər (ictihadı rədd edənlər) və üsulilər (ictihadın tərəfdarları) arasında olan əsas ixtilafı, ixtilafın kökünü bəyan etmişdir.

O bu kitabda ictihadı rədd edənlər və ictihadın tərəfdarları arasında olan ixtilafın mənşəi kimi əsas səbəb quru və cahili təəssübkeşlik və bu ixtilafın həlli üçün isə əsas yolun məsumların hədislərində düşünmək olduğunu vurğulayıb.

Başqa bir maraqlı məqam bu kitabda budur ki, kitabın 7-ci bölməsində (bab) Şeyx Kərəki "ictihad"ı batil sayır və Şeyx Müfid, Seyid Mürtəza və Şeyx Tusi kimi keçmiş alimlərin kitablarında olan əqli dəlilləri batili məğlub etmək və haqqı yerinə oturtmaq baxımından səhih sayır və qeyd edir ki, bu dəlillər özlüyündə batildir, amma qədim alimlər rəqibə qələbə üçün bundan istifadə ediblər.

Mirməhəmməd Bəşir


captcha