IQNA

Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto

1:05 - April 11, 2016
Xəbər sayı: 3480318
Tehran, 11.04.2016 – Palmira azad edildi, amma İŞİD-in bu məkanda yandırdığı tarix geri qayıtmayacaq, o tarix ki, Quran ondan ibrət almağı tövsiyə edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Palmira şəhəri terroristlərin işğalından azad edilkdən sonra buradan yayılan şəkillər göstərir ki, vəhabilərin İŞİD adlanan təkfirçi terrorçuları bu şəhərin qədim və tarixi əsərlərini məhv ediblər.

Tarix və onun bəşər mədəniyyəti və sivilizasiyası ilə rabitəsinə Quran-Kərimdə xüsusi diqqət olunur. Quran-Kərimin 25 surəsinin adı tarix ilə sıx bağlıdır. Bunlardan "Kəhf", "Qəsəs", "Loğman", "Ənbiya", "Əhza" və s... surələrə işarə etmək olar. Həmçinin Qurani-Kərimdə danışılan dastanlar, o cümlədən Nuh, Musa, Firon, Bəni-İsrail, İbrahim, Hud, Səmud qövmü və s... hamısı qədim tarixin ayrılmaz və eyni zamanda çox ibrətli bir hissəsidir. Bu surə adları və bu dastanlar istər-istəməz insanı tarixin dərinliklərinə sürükləyir...

Digər tərəfdən isə Quran-Kərim buyurur ki, "siru fil ərzi fənzuru kəyfə kanə aqibətul mucrimin" – yer üzərində gəzin, səfərlər edin və baxın görün ki, günahkarların aqibəti necə oldu və bundan ibrət alın – (Nəml/69). Ayədə keçmişdəkilərin aqibəti və başına gələnlər onların günahların cəzası olduğu olaraq göstərilir. Buna görə də buyurur ki, yer üzündə gəzin və yalançıların, cinayətkarların, peyğəmbərləri inkar edənlərin aqibətini görün...

Quran-Kərim qədim tarixi əsərlərin yanından sayqısızlıqla keçənləri pislədiyi halda İŞİD terrorçuları özlərini müsəlman adlandırsalar da tam Quranın əksinə olaraq qədim tarixi Palmira əsərini ələ keçirdikdən sonra bu 2000 illik tarixi vəhşicəsinə məhv etdilər. İŞİD təkcə Suriyada deyil, bəlkə dünyanın harasına ayaq qoyursa, o cümlədən Bəqi qəbiristanlığında türbələr, İraq, Əfqanıstan, Pakistan, Liviya, Ərəbistan, Hindistan və s... yerlərdə kitabları, məscidləri və tarixi əsələri yandırır.

Palmiradan gələn fotolarda müşahidə olunur ki, İŞİD qədim Rum irsini və qiymətli tarixi əsərləri necə məhv edib.

http://iqna.ir/fa/news/3486109


Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto   

  Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto
 
Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto



Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto


Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto

Tarixin Quranda əhəmiyyəti və tarixi Palmirada yandıranlar + Foto
Teqlər: iqna ، suriya ، palmira ، tədmir
captcha