IQNA

Azərbaycanlı Quran qariləri İranın Şəhriyar sarayına qonaq olacaqlar

11:43 - June 21, 2016
Xəbər sayı: 3480565
Tehran, 21.06.2016 – Bu gün Quran qariləri "Quranla üns" məclisi keçirmək üçün İranın Bakıdakı Mədəniyyət Mərkəzinin Şəhriyar sarayında toplaşacaqlar.






































İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 21.06.2016-cı il tarixində, İmamət və Vilayət səmasının 2-ci parlaq ulduzu Həzrət İmam Həsən ibn Əlinin (ə) mübarək doğum günü münasibəti ilə Azərbaycan respublikasının Quran qariləri "Quranla üns" məclisi keçirmək üçün İranın Bakıdakı Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəhriyar sarayında toplaşacaqlar.

Seyyid İbrahim İbrahimi Naid – İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin Rəsi, İQNA ilə müsahibəsində bu xəbəri elan edərək dedi: Bu mərasim, bu gün, 21.06.2016-cı il tarixində, yerli vaxtla saat 18:00-da Şəhdiryar adına mədəniyyət sarayında öz işinə başlayacaqdır.

O əlavə etdi: Bu mərasimdə Azərbaycan respublikasının müxtəlif bölgələrindən, o cümlədən Lənkəran, Gəncə və Bakı kimi böyük şəhərlərindən 400 nəfər civarında Quran qarisi iştirak edəcəkdir.

O bildirdi ki, mübarək Ramazan ayı boyunca hər gecə Quran-Kərimin "cüzi oxumaq" mərsimi də Ali Məqamlı Rəhbərin nümayəndəliyinin təşəbbüsü və azərbaycanlı qarilərin iştirakı ilə keçirilir.

Seyyid İbrahim İbrahimi Naid vurğuladı ki, bu mərasimin kənarında Quran-Kərimin əlyazma, xəttatlıq nüsxələri və rəsm əsərləri də sərgilənəcəkdir.

O həmçinin qarşıdan gələn Əhya gecələrinə də işarə edərək Qədr gecəsi mərasimlərinin də Ali Məqamlı Rəhbərin nümayəndəliyi tərəfindən keçiriləcəyini qeyd edib.

http://iqna.ir/fa/news/3509035

Teqlər: iqna ، tehran ، bakı ، quranla üns ، şəhriyar
captcha