IQNA

Əfqanıstanda güclü partlayış 60 nəfər həlak olub

10:51 - May 31, 2017
Xəbər sayı: 3481711
Əfqanıstanın paytaxtı Kabul şəhərində güclü partlayış baş verib. Verilən son məlumatlara görə, 60 nəfər həlak olub.

Əfqanıstanda güclü partlayış 60 nəfər həlak olub

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadla xəbər verir ki, partlayış nəticəsində ilkin məlumata görə, 60 nəfər həlak olub, onlarla insan yaralanıb.

Partlayış bu gün Kabul şəhərində prezident iqamətgahı və xarici səfirliklər binalarının yaxınlığında baş verib.

Beynəlxalq KİV-lər bildirir ki, partlayış bir neçə səfirliyin binasının yanında o cümlədən İran və Almaniya səfirliklərinin yaxınlığında baş verib.

İran mətbuatı bu ölkənin Kabildəki səfirnin yaşadığı yerə partlayış nəticəsində çoxlu ziyan dəydiyini bildirib.

Teqlər: quran ، iqna ، İslam ، kabul ، məscid ، məlumat ، almaniya
captcha