IQNA

Latın Amerikasında 20 min nüsxə Quran tərcüməsi paylanıldı

12:23 - February 09, 2018
Xəbər sayı: 3482756
Türkiyənin Dini İşlər Təşkilatı cari həftənin üçüncü günü Latın Amerikası ölkələrində Qurani- Kərimin İspan dilinə tərcüməsinin 20 min nüsxəsinin paylanıldığı barədə xəbər verdi.

Latın Amerikasında 20 min nüsxə Quran tərcüməsi paylanıldıİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər Təşkilatı cari həftənin üçüncü günü Latın Amerikası ölkələrində Qurani- Kərimin İspan dilinə tərcüməsinin 20 min nüsxəsinin paylanıldığı barədə xəbər verdi.

“Hürriyyət” qəzetinin yayımladığı məlumatda deyilir ki, Türkiyənin Dini İşlər Təşkilatı bəyaniyyə yayaraq elan edib: “İcazə verin mənim hədiyyəm Quran olsun” kampaniyasının icrası istiqamətində Qurani- Kərimin İspan dilinə tərcümə edilmiş iyirmi nüsxəsi Latın Amerikasının Quatamola, Salvador, Kolumbiya, Hayiti, Argentina, Şili, Peru, Bolivi, Ekvador və Urauqvay kimi ölkələrə göndərilərək həmin ölkələrin İslam Mədəniyyəti Mərkəzlərinə təhvil verilmişdir.

“İcazə verin mənim hədiyyəm Quran olsun” kampaniyası “dünya müsəlmanlarının çoxunun Qurana ehtiyacı” adlı layihənin bir hissəsidir ki, bu layihə çərçivəsində indiyədək 1 milyondan çox Quran nüsxəsi müxtəlif ölkələrdə müxtəlif dillərə tərcümə ilə payalanılıb.

Türkiyənin Dini İşlər Təşkilatı hazırda Qurani- Kərimin Portuqaliya dilinə tərcüməsini hazırlayır. Bu tərcümə hazır olduqdan sonra Portuqaliya dilində danışan müsəlmanlara, o cümlədən Braziliyaya göndəriləcəkdir.

Qeyd edək ki, Türkiyənin Dini İşlər Təşkilatı indiyədək Qurani- Kərimi 17 müxtəlif dilə tərcümə etmiş və dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlara çatdırmışdır.

http://iqna.ir/fa/news/3689837

captcha