IQNA

Səudiyyənin vəliəhdi Misrin Qibti xristianlarının rəhbərinin qonağı olacaq

11:22 - March 04, 2018
Xəbər sayı: 3482854
Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd ibn Salman sabah Qahirə şəhərində Misrin Qibti məsihilərinin rəhbəri Papa ikinci Tezariusun qonağı olacaqdır.

Səudiyyənin vəliəhdi Misrin Qibti xristianlarının rəhbərinin qonağı olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-vəfd” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd ibn Salman sabah, həftənin birinci günü, 5 Mart 2018-ci il, Qahirə şəhərində Misrin Qibti məsihilərinin rəhbəri Papa İkinci Tezariusun qonağı olacaqdır.

Misrin Qibti kilsəsinin sözçüsü keşiş Puls Həlim bu xəbərin doğruluğunu təsdiqləyərək dedi: Misrin Qibti məsihilərinin rəhbəri Papa İkinci Tezariusun Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd ibn Salmanla görüşü vəliəhdin Misrin rəsmiləri ilə görüş səfəri çərçivəsində baş tutacaqdır.  

O əlavə etdi: Misrin Qibti məsihilərinin rəhbəri Papa İkinci Tezarius vəliəhdi Qahirənin Abbasiyyə rayonunun Müqəddəs Merqis came kilsəsində qarşılayacaqdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman bu gün, bazar günü, 4 Mart 2018-ci il, Qahirəyə gəlib. O bu səfərdə Misrin prezidenti Əbdülfəttah Sisi ilə görüşəcəkdir.

http://iqna.ir/fa/news/3696524

Teqlər: iqna ، tezarius ، misr ، papa ، keşiş ، səudiyyə
captcha