IQNA

Kabulda şiələrin məscidi yaxınlığında intiharçı özünü partlatdı

0:11 - March 10, 2018
Xəbər sayı: 3482880
Əfqanıstanın paytaxtı Kabul şəhərinin qərbində, Polsuxtə rayonunda, şiələrin məscidi yaxınlığında intiharçı terror özünü partladıb. Partlayış nəticəsində 10 nəfər ölüb və 22 nəfər yaralanıb.

Kabulda şiələrin məscidi yaxınlığında intiharçı özünü partlatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın paytaxtı Kabul şəhərinin qərbində, Polsuxtə rayonunda, şiələrin məscidi yaxınlığında intiharçı terror özünü partladıb. Partlayış nəticəsində 10 nəfər ölüb və 22 nəfər yaralanıb.

“Suputnik” xəbər agentliyi bu barədə Kabul polisinin sözçüsü Bəsir Mücahidə istinadla yaydığı xəbərdə deyib ki, bu partlayışda 7 nəfər ölüb və 7 nəfər yaralanıb.

Onun sözlərinə görə, bir nəfər terrorist şiə məscidinin yaxınlığındakı post patrul yoxlaması məntəqəsində partlayış kəmərini işə salıb. O əvvəlcə özünü məscidə salmaq istəyirmiş. Hansı ki, həmin məsciddə sivil vətəndaşlar və dövlət məmurları Əfqabıstan şiə azlıqların “Həzarə tayfası”nın rəhbəri Əbdüləla Məzarinin mərasimində iştirak ediblər.     

Amma Əfqabıstanın yerli tv kanalı “tulu nyuz” kanalı elan edib ki, bu gün, həftənin Cümə günü, Əfqanıstanın paytaxtı Kabul şəhərinin qərbində, şiələrin məscidi yaxınlığında intiharçı terror özünü partladıb. Partlayış nəticəsində 11 nəfər ölüb və 22 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

http://iqna.ir/fa/news/3698267

 

Teqlər: iqna ، imam ، terror ، Əfqanistan ، kabul
captcha