IQNA

Papa Qəzzədəki qətliama etiraz edib

0:20 - April 03, 2018
Xəbər sayı: 3482975
Papa Fransis (dünya katolik xristianlarının rəhbəri) Qəzzə sahilində “yer günü” mərasiminin ildönümü mitiqində iştirak edən sivil insanların və mülki vətəndaşların qətliam edilməsini məhkum etdi.

Papa Qəzzədə sivil vətəndaşların qətliam edilməsinə etiraz edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Papa Fransis (dünya katolik xristianlarının rəhbəri) Qəzzə sahilində “yer günü” mərasiminin ildönümü mitiqində iştirak edən sivil insanların və mülki vətəndaşların qətliam edilməsini məhkum etdi.

Papa Fransis keçən həftənin bazar günü, 1 Aprel 2018-ci il, xristianların pasxa bayramı münasibəti ilə çıxış edib. O, Fələstin torpağında yaşayanları sülhə dəvət edərək Qəzzədə keçirilən “yer günü” mərasimindən “qayıdış yürüşü”ndə iştirak edən mülkü vətəndaşların qətliam edilməsini də qınayıb.

Papa bu olayda 16 nəfər fələstinlinin şəhid edilməsinə işarə edərək vurğulayıb: Müqəddəs Fələstin torpaqlarına baş verən çəkişmələr hamını təsirləndirir.

Vatikan Papası çıxışının davamında Suriyanın müharibə alovuna düçar bölgələrinə humanitar yardımların göndərilməsini istəyib və bölgədə, həmçinin Sudanda və Konqoda sülhün bərqərar edilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, keçən həftənin Cümə günü Fələstini müxtəlif rayonlarında keçirilən “yer günü” mitinqlərində iştirak edən fələstinlilərdən 16 nəfəri şəhid edilib və 1416 nəfəri isə yaralanıb.

http://iqna.ir/fa/news/3702618  

Teqlər: iqna ، papa ، fransis ، vatikan ، yer günü ، fələstin ، qəzzə
captcha