IQNA

Misr kilsəsi "orqan hədiyyəsi"nə icazə verdi

7:24 - October 01, 2018
Xəbər sayı: 3483985
Misrin İskəndəriyyə əyalətinin Ortokoks Qibti Kilsəsinin rəhbəri Papa II Tawadros davamçılarına insan orqanının (bədən üzvlərinin) ölümdən sonra digərlərinə hədiyyə edilməsinə icazə verdi.

Misr kilsəsi İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin İskəndəriyyə əyalətinin Ortokoks Qibti Kilsəsinin rəhbəri Papa II Tawadros davamçılarına insan orqanının (bədən üzvlərinin) ölümdən sonra digərlərinə hədiyyə edilməsinə icazə verdi.

Misrin İskəndəriyyə əyalətinin Ortokoks Qibti Kilsəsinin rəhbəri Papa II Tawadros Amerikanın Nyu-Cersi şəhərində yeni tikilmiş Virgin Mary və Saitn Mina kilsələrinin açılış mərasimində xristian bir cavanın bu barədə sualını cavablandıraraq deyib: İnsan orqanının ölümündən sonra hədiyyə verilməsi caizdir və hər kəs bu barədə vəsiyyətnamə yaza bilər.

Bu məsələnin Misrin dini camesində ixtilaflı olmasına baxmayaraq bundan öncə də Misrin Darul-İftası fətva vermişdi ki, əgər bir xəstənin həyatı müsəlman meyyitinin bədən üzvlərinin digərinə köçürülməsinə bağlı olarsa, orqan hədiyyə etməyin eybi yoxdur, bu şərtlə ki, ortada maddi maraq olmasın.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının 2010-cu ildə verdiyi hesabata görə Misr insan orqanı qaçaqçılığının mərkəzi sayılır. Orta Şərqdə ən çox orqan peyvəndi də Misrdə qeydə alınmışdır.

Misr dövlət qanunlarına əsasən insan orqanının digərinə hədiyyə edilməsi qadağan deyil, hətta dövlət bu barədə kasıb insanlara kömək də edir.  

Misrin Səhiyyə Təşkilatının verdiyi xəbərə görə, Orta Şərqin ən böyük orqan peyvəndi xəstəxanası yaxın zamanlarda Misrdə açılacaqdır.

http://iqna.ir/fa/news/3751587  

captcha