İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Yaponiyanın paytaxtı Tokyo şəhərində keçirdiyi "Şəbi-Yelda" mərasimində 6 yaşı Kamura Quran tilavət edib.
İran İslam Respublikasının təşəbbüsü ilə keçirilən bu mərasimdə 300 nəfər qonaq iştirak ediblər. Mərasim səfirliyin "instagram" səhifəsindən canlı yayımlanıb.
Qurani-Kərimin 10 cüzini əzbər bilən Kamura mərasimdə Bələd surəsini tilavət edib.