IQNA

Yaponiyada tikilən namazxanaların sayı çoxalır

8:11 - February 26, 2019
Xəbər sayı: 3484757
Son illərdə Yaponiyaya səfər edən müsəlman turistlərin sayı çoxladığı üçün müxtəlif şəhərlərin hotel, restoran və ticarət mərkəzlərində namazxanaların da sayı çoxalmışdır.

Yaponiyada namazxanaların sayı artırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yaponiyaya səfər edən müsəlman tusitlərin sayı çoxaldıqca bu ölkənin müxtəlif şəhərlərində namazxanaların da sayı çoxalır.

"Japantoday" informasiya portalının paylaşdığı məlumatda bildirilir ki, son illərdə Yaponiyaya səfər edən müsəlman turistlərin sayı çoxladığı üçün müxtəlif şəhərlərin hotel, restoran və ticarət mərkəzlərində namazxanaların da sayı çoxalmışdır.

Amma buna baxmayaraq bəzi problemlərə, o cümlədən tursitlərin həmin məkanları tanınmaması və ya asan əlçatan yerdə olmamasına görə, bu namazxanalarda namaz qılanların sayı azdır.

Hazırda Yaponiyanın müxtəlif şəhərlərində 170 namazxana var. Müsəlman turist və səyyahların, xüsusi ilə də Asiyanın şərqindən gələn turistlərin çoxalması səbəb olub ki, namazxanaların da sayı çoxalsın.  

Yaponiyanın universitet ustadı Ken Miichi deyir: Təkcə namazxanaların sayının çoxalması kifayət etmir. Gərəkk müsəlmanların milli və dini ənənələri və mədəniyyətləri barədə də məlumatımızı genişləndirək. Daha sonra isə müsəlman turistlərin asan tapacağı və istifadə edəcəyi namazxanalar tikilməlidir.

Yaponiyanın 2017-ci il hesabatında görə, bir il ərzində bu ölkəyə gələn müsəlman turistlərin sayı 700 min nəfər olub.

http://iqna.ir/fa/news/3793300  

captcha