IQNA

Hər 5 yəmənlidən 4 nəfərinin köməyə ehtiyacı var

23:07 - February 28, 2019
Xəbər sayı: 3484769
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı elan etdi: Yəməndə insani böhran ən kəskin həddə çatıb. Hər beş yəmənlidən dörd nəfərinin humanitar yardıma ehtiyacı var.

Hər 5 yəmənlidən 4 nəfərinin köməyə ehtiyacı varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı elan etdi: Yəməndə insani böhran ən kəskin həddə çatıb. Hər beş yəmənlidən dörd nəfərinin humanitar yardıma ehtiyacı var.

Kristos Staylianidis - BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı və böhranların idarə edilməsi məsulu bəyaniyyə yayaraq deyib: Yəmən dünyanın ən pis insani böhranına düçar olub. Bu ölkədə hər beş nəfərdən dörd nəfəri ciddi humanitar yardıma möhtacdır.

O vurğulayıb: Aclıq milyonlarla yəmənlini təhdid edir. Yəmən xalqına humanitar yardımların göstərilməsi bu böhranın həlli üçün kifayət etmir, məsələ siyasi baxımdan da öz həllini tapmalıdır.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı və böhranların idarə edilməsi məsulu əlavə edib: Humanitar təşkilatların Yəmən xalqına yardım etməsinə heç bir maneə yaradılmamalıdır və bu təşkilatlar bütün ehtiyaclılara kömək göstərməlidir. Bunun üçün də tərəflər İsveç müzakirələrində əldə edilmiş anlaşmaların şərtlərinə əməl etməlidirlər.

Qeyd edək ki, terrorçu və təkfirçi Səudiyyə rejimi və rəhbərlik etdiyi koalisiya 4 il öncədən məzlum Yəmən xalqına quru, su və havadan müxtəlif silahlarla zərbələr endirir və bu hücumlar davam edir.    

http://iqna.ir/fa/news/3794154

Teqlər: yəmən ، bmt ، humanitar ، səudiyyə
captcha