IQNA

Papa Fransis ikinci dəfə müsəlman ölkəsində səfərdədir

0:04 - March 31, 2019
Xəbər sayı: 3484910
Dünya katolik xristianlarının rəhbəri Papa Fransis müsəlmanların miqrasiyası məsələsi və dinlərarası dialoqların davam etdirilməsi hədəfi ilə cari ildə ikinci müsəlman ölkəsinə səfərini başlayıb.

Papa Fransis ikinci dəfə müsəlman ölkəsində səfərdədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Vatikan papası və dünya katolik xristianlarının rəhbəri Papa Fransis müsəlmanların miqrasiyası məsələsi və dinlərarası dialoqların davam etdirilməsi hədəfi ilə cari ildə ikinci müsəlman ölkəsinə səfərini başlayıb.

Papa Fransis dünən, həftənin Şənbə günü, 30 Mart 2019-cu il, cari ildəki ikinci səfərində Mərakeşə səfər edib.

Mərakeşi Papanı qəbul edən ikinci müsəlman ölkəsidir.

Papanı hava limanında ölkə başçısı Karl VI Məhəmməd qarşılayıb.

Papanın iştirakı ilə Ribat stadionunda keçiriləcək məzhəbi mərasimdə 10 min nəfərin iştirak edəcəyi gözlənilir.

Mərakeşə ilk dəfə 1985-ci ildə rəsmi şəkildə Papa 2-ci Jan Pol səfər edib. Papa Fransis bu illər ərzində Mərakeşə səfər edən ikinci katolik rəhbərdir.

Habelə bir xristian din rəhbərini ölkəsinə dəvət edən ilk ərəb padşahı Mərakeşin 1985-ci ildəki kralı İkinci Həsən olub. O özü də 1991-ci ildə Vatikana səfər edib.  

http://iqna.ir/fa/news/3800396

 

Teqlər: vatikan ، papa ، mərakeş
captcha