IQNA

İspan siyasətçidən Netanyahunun oğluna: Axmaq cahil!

13:05 - May 30, 2019
Xəbər sayı: 3485224
İsrail rejiminin Baş naziri Binyamin Netanyahunun oğlu Yairin bəyanatından sonra, ispaniyalı siyasətçi Santyaqo Abaskal onun sözlərinə reaksiya verərək onu “cahillikdə” ittiham edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadla verdiyi xəbərə görə, İsrail rejiminin Baş naziri Binyamin Netanyahunun oğlu Yairin bəyanatından sonra, ispaniyalı siyasətçi Santyaqo Abaskal onun sözlərinə reaksiya verərək onu “cahillikdə” ittiham edib.

 “Sən axmaqsan və İsrailə ziyan vurursan”, - deyə Abaskal bildirib. O, Yairi İspaniyada İslami zəmində müharibə qızışdırmaqda ittiham edib.

“İspaniyada İslami zəmində müharibə qızışdırmaqdan öncə, bir az bizim tariximiz barədə öyrənməyin lazımdır. İspaniyada müsəlmanlarla müharibə bitib, biz 8 əsr sonra İspaniyanı geri aldıq”, - deyə o əlavə edib.

Xatırladaq ki, Yair Netanyahu sosial şəbəkədə yazmışdı: “Mənim əziz ərəblərim və müsəlmanlarım, işğal edilmiş ərəb və İslam torpaqlarını azad etmək istəyirsiniz? (xəritədə Seuta və Melilya şəhərlərini işarə edərək) Buradan başlayın. Bu, yaxşı başlanğıc olacaq”.

Teqlər: İspaniya ، israil ، İslam ، netanyahu
captcha