IQNA

Quran Elmləri və Maarif kağızdan istifadəni qadağan etdi

7:13 - July 08, 2019
Xəbər sayı: 3485465
Quran Elmləri və Maarif universitetinin Təhsil və Lisansüstü Araşdırmalar müdiriyyəti tərəfindən elmi işlərin, dərs və təhsil proqramlarının və idarə məktublarının kağızla çap edilməsi qadağan edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Quran Elmləri və Maarif universitetinin Təhsil və Lisansüstü Araşdırmalar Müdiriyyəti tərəfindən elmi işlərin, dərs və təhsil proqramlarının və idarə məktublarının kağızla çap edilməsi qadağan edildi.

Universitet İran İslam Respublikasının Elm, Təhsil, Tədqiqat və Texnologiya Nazirliyinin qənaətə riayət etmək və habelə elektron hökumət siyasətinin institusionalaşdırılması barədə rəsmi elanına uyğun olaraq bu addımı ataraq Quran elmləri insitutları və kolleclərində təhsil və tədqiqat işləri üçün kağızdan istifadə edilməsini qadağan edib.  

Bu qanuna əsasən "müəllimlər üçün göndərilən tədrisə dəvət elanları (dəvətnamə)", "dərs proqramları", "tələbələrin yoxlanılması listi", "sinif tədqiqat işləri", "müxtəlif təhsil mərhələlərinin elmi işləri", "elmi məruzələr" və "dərs tapşırıqları"nın kağız üzərinə çap edilməsi qadağandır.    

http://iqna.ir/fa/news/3825247

captcha