IQNA

Əfqanıstanın baş nazirinin olduğu tədbirdə atışma olub

12:03 - March 06, 2020
Xəbər sayı: 3486839
Tehran (IQNA) - Əfqanıstan paytaxtı Kabildə mərhum siyasətçi Əbdül-Əli Məzarinin anım mərasimi zamanı silahlı hücum həyata keçirilib. Hücum zamanı ölən və yaralananlar olub.

Bu gün Kabildə mərhum siyasətçi Əbdül-Əli Məzarinin anım mərasimi zamanı silahlı hücumun həyata keçirilməsi nəticəsində ölən və yaralananlar var.
Kütləvi informasiya vasitələrinin məlumatına görə baş nazir Abdullah Abdullah da anım mərasimində olub.
Məlumata görə silahlı hücum anım mərasiminin yaxınlığında yerləşən inşaat işləri bitməmiş bir binadan həyata keçirilib.
Kabil polisi silahlı hücumun ardından Kabilin qərbinə və Məzari məscidinə geədn yolların hamısını bağlayıb.
Hücum zamanı 27 nəfər ölüb və 18 nəfər yaralanıb. 
Hücumun tələfatı və onun hansı qruplaşma tərəfindən törədilməsi haqda hələ dəqiq məlumat yoxdur. 
Teqlər: Əfqanistan ، kabul ، baş nazir ، atışma
captcha