IQNA

Azərbaycan rəsmisi Ali Rrəhbərin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib

7:39 - November 04, 2020
Xəbər sayı: 3488543
Ali Rəhbər Ayətullah Xameneinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamasından sonra, Azərbaycan rəsmiləri bu mövqeyə görə təşəkkür ediblər.
Azərbaycan rəsmisi Ali Rrəhbər Ayətullah Seyid Əli Xameneinin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib. 
Ali Rəhbər Ayətullah Xameneinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamasından sonra, Azərbaycan rəsmiləri bu mövqeyə görə təşəkkür ediblər.
İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ötən gün (çərşənbə axşamı, 3 Noyabr 2020) Tvitter səhifəsində yazıb: “Ali Rəhbərin bu gün Dağlıq Qarabağdakı mövcud böhranla bağlı açıqlamasının ardından, bir neçə dəqiqə əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mənə zəng edib”.
Sitat: “Telefon danışığı zamanı, Xələfov belə vacib və ədalətli bəyanata görə Azərbaycan dövlətinin və xalqının təşəkkürünü bildirib və iki qonşu ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib". /3933087
 
captcha