IQNA

Ali Məqamlı Rəhbər 3 min 500 nəfərdən çox məhbusu əfv etdi

8:36 - November 05, 2020
Xəbər sayı: 3488554
Ali Məqamlı Rəhbər Ayəullah Xamenei cənabları sevimli İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 3780 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 3780 nəfərin əfv olunması barədə fərman imzalayıb. 
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər  (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 3780 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Qeyd edək ki, noyabr ayının 3-ü Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günü idi. /3933312
captcha