IQNA

Detroitdə Fitr bayramı rəsmi tətil günü elan edildi

10:52 - November 15, 2020
Xəbər sayı: 3488624
Tehran (IQNA) – Amerikanın Miçiqan əyalətinin Detroit şəhərində Fitr bayramını müsəlman tələbələr üçün rəsmi tətil günü olması barədə qərar qəbul edib.  

Amerikanın Miçiqan əyalətinin Detroit şəhərində Fitr bayramını müsəlman tələbələr üçün rəsmi tətil günü olması barədə qərar qəbul edib.  

Müsəlmanların uzun zaman mübarizəsi Amerikanın Miçiqan əyalətində öz nəticəsini verib. Detroit şəhərinin Müəllimlər Federasiyası 2021-2022-ci təhsil ilindən etibarən Firt bayramında müsəlman şagirdlər üçün üç gün tətil günü olmasını təsdiqləyib.

Fitr bayramının rəsmiləşdirilməsi üçün mübaridə 2018-ci ildə başlamışdı. Müsəlman şagirdlər bununla bağlı kampaniya başlatmışdılar. Bu işdə onlara regionun müsəlman rəhbərləri, müəllimlər, valideyn və vəkillər də dəstək olmuşdu.

İslami bayramlar arasında təkcə Fitr bayramı müsəlman tələbələr üçün rəsmi tətil kimi tanınıb və Qurban bayramı barədə hələ heç bir addım atılmayıb.

Qeyd edək ki, Miçiqan əyalətinin cəmiyyət sayına görə ən böyük və Amerikanın 23-cü şəhəri olan Detroitdə 700 min nəfər yaşayır. 2017-ci ilin hesabatına görə şəhərin cəmiyyət sayının 3 faizini müsəlmanlar təşkil edir. /3935036

captcha