IQNA

Vatikanın rəhbəri İraqa səfəri zamanı Ayətullah Sistani ilə görüşəcək

14:54 - January 30, 2021
Xəbər sayı: 3489167
Tehran (IQNA) - Dünya katoliklərinin rəhbəri Papa Fransis cari ilin Mart ayının 5-dən 8-dək İraqda Həzrət İbrahim peyğəmbər (ə) diyarı olan UR vilayətinə ziyarət səfəri etmək niyyətindədir.

Tehran (IQNA) -  Dünya katoliklərinin rəhbəri Papa Fransis cari ilin Mart ayının 5-dən 8-dək İraqda Həzrət İbrahim peyğəmbər (ə) diyarı olan UR vilayətinə (Şumerlərin məskəni) ziyarət səfəri etmək niyyətindədir.

Onun bu səfərdə dünya şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları ilə görüşərək "insanlıq üçün qardaşlıq" sənədini imzalayacağı ehtimal edilir.

Bu barədə İraqın Kiladni məsihilərin rəhbəri və baş keşişi Rafael Sako məlumat verib.

Qeyd edək ki, "insanlıq üçün qardaşlıq" strateji sənədi beynəlxalq sülhü gücləndirmək üçün ilk dəfə 2018-ci ilin Mart ayında dünya katoliklərinin rəhbəri Papa Fransis ilə dünya əhli-sünnə məzhəbinin elmi mərkəzi hesab edilən əl-Əzhər İslam Mərkəzinin rəhbəri Şeyx Əhməd Təyyib arasında imzalanıb.

Xatırladaq ki, İŞİD terrorçularının İraqa hücumundan öncə bu ölkdə 1.5 milyon nəfər xrsitian yaşayırdı. Terrorçuların hücumlarından sonra isə xristian cəmiyyətinin sayı azadlığı ehtimal edilir. /3950483

captcha