IQNA

Səudiyyə Yəmən barədə mövqeyini təkrarladı

8:23 - February 06, 2021
Xəbər sayı: 3489213
Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Xalid ibn Süleyman ölkəsinin husilərlə mübarizədə Yəmən hökumətinə hərbi və siyasi dəstək verməyə davam edəcəyini bildirib.

Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Xalid ibn Süleyman ölkəsinin husilərlə mübarizədə Yəmən hökumətinə hərbi və siyasi dəstək verməyə davam edəcəyini bildirib.  

ABŞ Prezidenti Co Baydenin "Yəməndəki əməliyyatlara dəstəyi dayandırma" qərarından sonra ibn Süleyman "Tvitter" hesabında verdiyi açıqlamada "Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi husilərlə mübarizədə bütün cəbhələrdə qətiyyətlə Yəmənin legitimliyini siyasi və hərbi cəhətdən dəstəkləməyə davam edir", - deyə bildirib.  

Müdafiə nazirinin müavini ölkəsinin, həmçinin Yəməndə Körfəz Əməkdaşlıq Şurası Təşəbbüsü, BMT TŞ-nin 2216 saylı qətnaməsinə və Milli Dialoq Konfransının nəticələrinə əsaslanan hərtərəfli siyasi bir həllə nail olmaq üçün diplomatik səyləri də dəstəkləməyə davam etdiyini qeyd edib. /eastnews

Teqlər: səudiyyə ، yəmən ، husi
captcha