IQNA

Roma Papası: "İraq səfəri şiələrlə əlaqələrin gücləndirilməsində ilk addım idi"

15:22 - March 09, 2021
Xəbər sayı: 3489432
Roma Papası Əbu-Dabidə Şeyx Əzhərlə imzalanmış kimi yazılı bir birlik bəyannaməsi vermə ehtimalı barədə suala cavab olaraq bildirib ki, Ayətullah Sistani ilə görüş ilk addım ola bilər və ikinci addım da olacaq.  

IQNA-nın verdiyi xəbərə görə, üç günlük İraq səfərindən sonra Vatikana dönən dünya katolik lideri Papa Franksis şiə ali mərceyi təqlidi Ayətullah Seyid Əli Sistani ilə görüşünü ruhuna faydalı və şiə müsəlmanlarla əlaqələrin gücləndirilməsində ilk addım kimi qiymətləndirib.

Roma Papası Əbu-Dabidə Şeyx Əzhərlə imzalanmış kimi yazılı bir birlik bəyannaməsi vermə ehtimalı barədə suala cavab olaraq bildirib ki, Ayətullah Sistani ilə görüş ilk addım ola bilər və ikinci addım da olacaq.  

Ayətullah Sistanini böyük alim, ilahi həkim və müdrik insan olaraq xarakterizə edən dünya katolik lideri onunla görüşməyin ruhu üçün yaxşı və faydalı olduğunu vurğulayıb. 

Papa Ayətullah Sistani ilə görüşü şərəf adlandırıb və bildirib:   "Ayətullah Sistani heç kimlə salamlaşmaq üçün ayağa qalxmayan, ancaq mənim üçün iki dəfə ayağa qalxan bir insandır". /Eastnews 

Teqlər: ayətullah sistani ، papa ، vatikan ، nəcəf ، qum
captcha