IQNA

Yəmən qüvvələrinin Səudiyyə koalisiyasına qarşı 6 illik mübarizəsinin nəticələri

21:49 - March 23, 2021
Xəbər sayı: 3489494
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii martın 21-i təşkil etdiyi mətbuat konfransında yəmənlilərin Səudiyyə rejiminin rəhbərlik etdiyi təcavüzkar koalisiyasının hücumlara qarşı müdafiəsinin 6 illik uğurlarını izah edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii müharibənin yeddinci ilinin “Zəfər ili” olacağını söyləyib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının dərinliyindəki hərbi və iqtisadi hədəflərə qarşı əməliyyatların, Ər-Riyadın təcavüzü dayandırana və mühasirəni qaldırana qədər davam edəcəyini söyləyib.

Sərii Yəmən ordusunun 12.623 PUA hücumları və kəşfiyyat əməliyyatları həyata keçirdiyini və son iki ayda Səudiyyə rejiminin mövqelərinə və hədəflərinə yüksək həssaslığa malik 54 ballistik raketin atıldığını bildirib.

Sözçü 849 ballistik raketin Yəməndəki Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi muzdlulara aid yerləri, sahələri və obyektləri hədəf aldığını vurğulayıb. Yəmənə qarşı müharibənin əvvəlindən bəri Səudiyyə mövqelərinə və hədəflərinə cavab məqsədli 1348 balistik raket atdıqlarını təsdiqləyib.

Bu müddət ərzində Yəmən Dəniz Qüvvələrinin Səudiyyə Ərəbistanı və bölgədəki müttəfiqlərinin döyüş gəmilərini məhv etdikləri 34-dən çox əməliyyat keçirdiyini açıqlayıb.

O, Səudiyyə rejiminin 454-dən çox kəşfiyyat PUA-sı, helikopterini və döyüş təyyarəsini vurduğunu qeyd edərək, Səudiyyə döyüş təyyarələrini məhv etmək və ya onları ölkənin hava məkanını tərk etməyə məcbur etmək üçün 1534-dən çox əməliyyat apardıqlarını söyləyib.

Yəmən ordusu snayperlərinin 54.025 əməliyyatda 10.400-dən çox Səudiyyə əsgərini və ya muzdlusunu öldürdüyünü və ya yaraladığını söyləyən Sərii, bunlardan 2500-nün son iki ayda reallaşdığını bildirib.

Ancaq 22 mart 2020-ci il tarixinə qədər BƏƏ ordusunun 1240-dan çox qüvvəsinin öldürüldüyünü və yaralandığını bildirib. Həmçinin bu müddət ərzində 4416 Sudan muzdlu əsgəri öldürülüb, 4218-i də yaralanıb.

Sözçünün bildirdiyinə görə, Səudiyyə koalisiyasına bağlı Yəmən yaraqlıları arasında ümumilikdə 22615 nəfər öldürülüb və yaralanıb. Təkcə 2020-ci ildə Məarib vilayətində 18 min yəmənli muzdlu öldürülüb və 50.000 nəfəri yaralanıb.

Strateji Məarib vilayətini azad etmə əməliyyatı əsnasında minlərlə muzdlu koalisiya əsgərini öldürdüklərini bildirib.

26 Mart 2015-ci ildən bəri düşmənin 14.527-dən çox nəqliyyat vasitəsi, zirehli texnika, tank, əsgər daşıyıcısı, buldozer və müxtəlif silahlarının məhv edildiyini və ya zədələndiyini bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü döyüşdə istifadə ediləcək yeni nəsil ballistik raketlərə və pilotsuz uçuş aparatlarına sahib olduqlarına da diqqətə çatdırıb.

Yəhya Sərii Səudiyyə rejimi qüvvələrinin son 6 ildə Yəməndəki mülki infrastruktura qarşı 260000-dan çox hava zərbəsi endirdiyini və bunların təxminən mininin 2021-ci ilin əvvəlindən bəri edildiyini vurğulayıb.

Sözçü silahlı qüvvələrin qəbilələr və könüllülərlə birlikdə ölkəni azad etmək və müstəqillik qazanmaq üçün düşmənə qarşı təəccüblü hərbi addımlar atmağa qərarlı olduğunu bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü çıxışını Yəmən xalqına, orduya, Xalq Komitələrinə, şəhid ailələrinə, yaralılara və məhbuslara salam verməklə tamamlayıb və yeddinci ilin zəfər ili olacağını vurğulayıb.

Teqlər: səudiyyə ، Yəhya Seri ، yemen
captcha